10 il əvvəl boşandığı arvadını izləyib hoteldə güllələdi –
User
20 Oktyabr 2024 - 16:00 (Last updated: 21 May 2025 - 20:15)
10 il əvvəl ayrıldığı həyat yoldaşı Cəmilə Məmmədovanı qısqanclıq zəmnində güllələyən şəxsin məhkəməsi yekunlaşıb.
Azpost.info bildirir ki, Rəşad Əsədzadənin işi Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Hadisə bu ilin yanvarında Bakıdakı otellərin birində baş verib. Araşdırma zamanı məlum olub ki, Rəşad Bərdədən Bakıya gələrək keçmiş həyat yoldaşını izləməyə başlayıb.
Məhkəmə prosesi zamanı R. Əsədzadə bu cinayəti qısqanclıq zəmnində törətdiyini desə də keçmiş arvadı bunu təkzib edib. C.Məmmədova məhkəmədə deyib ki, onun keçmiş əri ilə pul üsündə mübahisəsi düşüb. Belə ki, Rəşad keçmiş qaynanası ilə birgə saxladığı qoyun-quzunu sataraq məbləği ödəməyib.