100 metrlik gəmi Rusiya limanında yarıya bölünüb

09 Noyabr 2021 - 09:41

Rusiyanın Primorsk diyarının Naxodka limanının yaxınlığında konteyner daşıyan gəmi yarıya bölünüb.

Bu barədə Naxodka limanının xilasetmə bölməsi məlumat yayıb.

Bildirilib ki, Panama bayrağı altında üzən “Rise Shine” adlı gəmi sahilə yan aldıqdan sonra bölünüb.

Hazırda ekipajın təxliyəsi üçün müvafiq tədbirlər görülür.

İlkin məlumatlara görə, gəminin uzunluğu 101 metr, eni isə 19 metrdir.