ABŞ səfirliyi Üçtərəfli Bəyanatın ildönümü ilə bağlı açıqlama yaydı

“Bu həftə ABŞ və beynəlxalq ictimaiyyət, Cənubi Qafqazda Ermənistan və Azərbaycan qüvvələri arasında 44 gün davam edən gərgin döyüşlərə son qoyan atəşkəs bəyanatının il dönümünü tanıyır. Ötən il hərbi əməliyyatlar zamanı həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk”.
Azpost.info bildirir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin yaydığı açıqlamada deyilir.
“Biz hal-hazırda bütün saxlanılan şəxslərin qaytarılmasına, itkin düşmüş şəxslərlə bağlı tam hesabatlılığa, məcburi köçkünlərin öz evlərinə könüllü qayıtmasına, münaqişədən zərər çəkmiş ərazilərin minalardan hərtərəfli təmizlənməsinə və beynəlxalq humanitar təşkilatların ehtiyacı olanlarla əlaqə saxlamaq üçün şərait yaradılmasına çağırırıq. Biz, həmçinin, iddia edilən insan hüquqlarının və beynəlxalq humanitar hüququn pozulması hallarının araşdırılmasına çağırırıq”-deyə məlumatda vurğulanır.
Məlumatda bildirilir ki, Amerika Birləşmiş Ştatları Cənubi Qafqaz regionu üçün təhlükəsiz, sabit, firavan və dinc gələcəyin təşviqinə sadiqdir: “ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri bürosu müavininin köməkçisi Erika Olson hazırda hər üç ölkə ilə ikitərəfli məsələləri müzakirə etmək və regional əməkdaşlıq imkanlarını araşdırmaq üçün regiondadır. Biz, Ermənistan və Azərbaycanı, Minsk Qrupu həmsədrlərinin himayəsi də daxil olmaqla, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı və ya münaqişədən irəli gələn bütün həll edilməmiş məsələlərin hərtərəfli həlli üçün əlaqələrini davam etdirməyə və intensivləşdirməyə çağırırıq”.
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

100 metrlik gəmi Rusiya limanında yarıya bölünüb

Sonrakı məqalə

General Rüstəm Muradov sabah Qarabağa niyə gəlir? –