100 minə yaxın azərbaycanlı istifadəçisinin Facebook profili oğurlanıb

04 Aprel 2021 - 10:15

“Facebook”un 533 milyon  istifadəçisinin şəxsi məlumatları oğurlanaraq xüsusi haker platformasında satışa çıxarılıb. 

“Reuters”in verdiyi xəbərə görə, şəxsi məlumatları oğurlanan istifadəçilər dünyanın 106 müxtəlif ölkəsindəndir.

Bu ölkələr arasında Azərbaycan da var. Məlumata görə, Azərbaycandan olan 99 472 “Facebook” istifadəçisinin də şəxsi məlumatları oğurlanaraq satışa çıxarılıb.