Nyu-Yorkda 19 nəfərin ölümü ilə nəticələnən yanğının səbəbi açıqlanıb –VİDEO

Nyu-Yorkda çoxmərtəbəli yaşayış binasında baş verən yanğına nasaz elektrik qızdırıcısı səbəb olub.

Bunu Nyu-York şəhərinin Yanğından Mühafizə İdarəsinin rəisi Daniel Niqro mətbuat konfransında bildirib.

İdarə rəisi əlavə edib ki, yanğın əvvəlcə ikinci mərtəbədəki mənzildə başlayıb: “Mənzildə yaşayan ailənin evakuasiya zamanı qapını arxadan bağlamaması alov və tüstünün sürətlə yayılmasına səbəb olub. İkinci və üçüncü mərtəbələri alov bürüyüb, beləliklə bütün bina tüstüyə qərq olub. Demək olar ki, binanın hər mərtəbəsindən meyit tapılıb. Çoxları nəfəs alarkən yuxarı tənəffüs yollarından yanıqlar alıblar”.

Qeyd edilib ki, yanğın, yerli vaxtla 11:00-dan sonra (Bakı vaxtı ilə 20:00) başlayıb və 14:00-da (Bakı vaxtı ilə 23:00) söndürülüb. (APA)

Ölənlərdən 9-u uşaqdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Rusiya Avropa Birliyi üçün təhlükədir” –

Sonrakı məqalə

Təqaüdçü arvadını, qızını, sonra isə özünü güllələyib