“United24” platforması işə salınandan bəri 110 ölkədən insanlar ona qoşulub və Ukraynaya xeyriyyə yardımlarının ümumi məbləği 274 milyon dolları keçib.
Azpost.info xəbər verir ki, bu barədə Ukrayna Rəqəmsal Transformasiya Nazirliyi məlumat yayıb.
“Hazırda inandığımız və müharibənin gedişatını dəyişdirən əsas layihə “United24” platformasıdır. Bu, əslində xeyriyyə təşkilatları, beynəlxalq tərəfdaşlar və vətəndaşların Ukraynaya ianələri üçün yeganə pəncərədir. May ayından etibarən 274 milyon dollardan çox vəsait toplanıb”, – nazirlikdən bildiriblər.
Platformaya dünyanın ayrı-ayrı ölkələrində yaşayan məşhurlardan da dəstək verənlər var. Müvafiq nazirliklər və müdafiə qüvvələri ianələr sayəsində həkimlər, xilasedicilər, eləcə də Ukrayna hərbçiləri üçün lazımi avadanlıq alırlar.
Xatırladaq ki, 2022-ci il mayın 5-də prezident Vladimir Zelenski Ukraynaya dəstək məqsədilə vəsait toplamaq üçün “United24” onlayn platformanın işə salındığını elan edib.
Azpost.info
