124 ölkədə 126 380 nəfər koronavirusa yoluxub-

68 313 nəfər sağalıb, 4634 nəfər ölüb (ÜST)
12 Mart 2020 - 12:04

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni koronavirusla bağlı bu günə olan statistikanı açıqlayıb.

Məlumata əsasən, 124 ölkədə ümumilikdə 126 380 nəfərdə koronavirusa yoluxma halı qeydə alınıb. Onlardan 191-i yeni yoluxmadır.

Statistikaya görə, koronavirusdan ölənlərin sayı 4634 nəfər çatıb ki, onlardan da 18-i yeni ölüm halıdır. Koronavirusa yoluxanlardan 68 313 nəfəri müalicə nəticəsində sağalıb, onlardan 1300-ü yenidir.