Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirilib

User 27 Oktyabr 2026 - 16:44 (Last updated: 27 Oktyabr 2026 - 16:44)
veyseloqlu foto

Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb. Şirkətlər Qrupunun əməkdaşlarının övladları olan gənclər 2026–2027-ci tədris ili üzrə ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr göstərərək bu təqaüdə layiq görülüblər. Görüşdə tələbələr əldə etdikləri uğurlar münasibətilə Şirkətlər Qrupu adından təbrik olunublar. Bildirilib ki, onların əzm və zəhməti ilə qazandıqları nailiyyət ailələri ilə yanaşı, böyük “Veysəloğlu”ailəsi üçün də qürur mənbəyidir. Gənclər və onların valideynləri bu uğura aparan yol barədə fikirlərini bölüşüblər. Görüşdə Aydın Veysəloğlu gəncləri təbrik edərək onların əldə etdikləri yüksək nəticələrdə şəxsi qabiliyyət və zəhmətlə yanaşı, məktəbin və ailənin də mühüm rol oynadığını bildirib:

“Həyatda uğur qazanmaq üçün böyük şansınız, eyni zamanda böyük məsuliyyətiniz var. Sizin kimi yüksək nəticə əldə etmiş gənclərin sayı ölkəmizdə çox deyil. Qarşıda sizi universitet həyatı və gələcək karyera gözləyir. Dayanmaq olmaz. Bu gün dünya ölkələri arasında rəqabətdə ixtisaslı kadrlara sahib olmaq çox önəmlidir. İnsan kapitalı böyük dəyər daşıyır. Çalışın ki, əldə etdiyiniz nəzəri bilikləri təcrübə ilə birləşdirəsiniz, ixtisasınıza uyğun fəaliyyət göstərən şirkətlərlə daim əlaqədə olasınız. Bu, bilik və bacarıqlarınızı gələcəkdə uyğun sahələrdə tətbiq etməyinizə kömək edəcək. Valideynləriniz sizin uğurlarınıza necə sevinirlərsə, mən də bir o qədər sevinirəm. Bu uğurunuzla bağlı şəxsi sosial şəbəkə hesablarımda da paylaşım etmişəm”.

Prezident təqaüdünə layiq görülən gənclərdən Hüseyn Seyidov 689,8 bal toplayaraq Bakı Ali Neft Məktəbinin İnformasiya təhlükəsizliyi ixtisasına qəbul olub. Atası Eldəniz Seyidov “Veysəloğlu Qrup” MMC-də İnsan Resursları və İnzibati İşlər Departamentinin müdiri vəzifəsində çalışır.

Aylin Nəbiyeva 667,4 balla Bakı Ali Neft Məktəbinin Maliyyə ixtisasına qəbul olub. Atası Fərhad Nəbiyev “Veysəloğlu” MMC-nin Mars eksklüziv satış şöbəsinin Sumqayıt ofisində çalışır.

Əli Umudov 662 bal toplayaraq Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə ixtisasına qəbul olub. Anası İradə Umudova “OBA Market” MMC-də satıcı-kassir vəzifəsində çalışır.

Xəyal Xasməmmədli isə 659,4 balla Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə ixtisasına qəbul olub. Atası Teymur Xasməmmədov “Araz Supermarket” MMC-də administrator vəzifəsində çalışır.

Tədbirin sonunda Prezident təqaüdçülərinə Şirkətlər Qrupu adından hədiyyələr təqdim olunub və xatirə fotosu çəkdirilib. Qeyd edək ki, builki ali məktəblərə qəbul imtahanlarında Veysəloğlu Şirkətlər Qrupunda çalışan ümumilikdə 16 əməkdaşın övladı 600-dən çox bal toplayıb.

 

 

 

 

 

 

 

AzPost.az

Post navigation

Previous: Salyanda oğul anasını, atasını və qardaşının arvadını bıçaqlayıb, ana ölüb
Next: AMEA Pezeşkianı Azərbaycan dilində təhsili təmin etməyə çağırıb

Oxşar xəbərlər

AMEA
  • Sosial

AMEA Pezeşkianı Azərbaycan dilində təhsili təmin etməyə çağırıb

User 27 Oktyabr 2026 - 16:48
sahi
  • Sosial

Penitensiar xidmətin yeni rəisi kimdir? – DOSYE

User 27 Oktyabr 2026 - 13:21
sahi
  • Sosial

Penitensiar xidmətə yeni rəis təyin edildi – SƏRƏNCAM

User 27 Oktyabr 2026 - 13:18

xƏBƏR

ilham forum cixis
  • Baş Yazı

Prezident İlham Əliyevin Mədəniyyətlərarası Dialoq Forumunda ÇIXIŞI -TAM MƏTN

User 27 Oktyabr 2026 - 16:58
Oktyabrın 27-də Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilib. Azərbaycan...
Read more about Prezident İlham Əliyevin Mədəniyyətlərarası Dialoq Forumunda ÇIXIŞI -TAM MƏTN
Prezident və Birinci xanım Fərhad Xəlilovun yubiley sərgisində iştirak edib ilham sergi01
  • Mədəniyyət

Prezident və Birinci xanım Fərhad Xəlilovun yubiley sərgisində iştirak edib

User 27 Oktyabr 2026 - 16:55
AMEA Pezeşkianı Azərbaycan dilində təhsili təmin etməyə çağırıb AMEA
  • Sosial

AMEA Pezeşkianı Azərbaycan dilində təhsili təmin etməyə çağırıb

User 27 Oktyabr 2026 - 16:48
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirilib veyseloqlu foto
  • Sosial

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirilib

User 27 Oktyabr 2026 - 16:44
Salyanda oğul anasını, atasını və qardaşının arvadını bıçaqlayıb, ana ölüb Bıçaq
  • Kriminal

Salyanda oğul anasını, atasını və qardaşının arvadını bıçaqlayıb, ana ölüb

User 27 Oktyabr 2026 - 14:42
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.