125 nömrəli marşrut xəttinin hərəkət sxemi dəyişdirilib- BNA

Bakının ictimai nəqliyyatında göstərilən xidmətlərin həm təhlükəsizlik, həm də keyfiyyət nöqteyi-nəzərindən qabaqcıl dünya standartlarına çatdırılması məqsədilə, dövlət başçısının müvafiq sərəncamı ilə alınan yeni avtobusların istismara verilməsinə başlanılıb.

Bakı Nəqliyyat Agentliyindən APA-ya verilən xəbərə görə, təhlükəsizliyi, rahatlığı, ekoloji baxımdan təmiz Avro 6 standartlarına cavab verməsi ilə fərqlənən 12 metrlik BMC Procity markalı avtobusların bir qismi noyabrın 30-dan 125 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişinlərin istifadəsinə veriləcək. Bununla əlaqədar 125 nömrəli müntəzəm marşrut xəttinin hərəkət sxemi də dəyişdirilib. Belə ki, bu xətt üzrə avtobusların hərəkəti 28 May-Lökbatan qəsəbəsi olmaqla təşkil edilib. Bununla da 123 mindən artıq sakini olan Lökbatan qəsəbəsinin şəhər mərkəzi ilə birbaşa marşrut xətti ilə əlaqələndirilməsi təmin olunub. Marşrut xətti üzrə gediş haqqının ödənişi nağdsız qaydada “BakıKart” vasitəsi ilə həyata keçiriləcək. Sərnişinlərin “BakıKart” əldə etməsi, eləcə də, kartın balansının artırılmasını asanlaşdırmaq məqsədi ilə qəsəbə ərazisində terminallar quraşdırılıb.

Marşrut xəttindəki yeniliklə əlaqədar Lökbatan qəsəbəsində tədbir keçirilib. Bakı Nəqliyyat Agentliyinin İDEA Ətraf Mühitin Mühafizəsi İctimai Birliyi ilə birgə təşkil etdiyi tədbirdə yeni avtobuslar Lökbatan sakinlərinə təqdim olunub. Sakinlərin çoxdan gözlədiyi xəbəri sağlamlıq imkanları məhdud uşaqlar üçün 9 nömrəli Xüsusi İnternat Məktəbinin sağirdləri çatdırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Elmira Süleymanova:

Sonrakı məqalə

Prezident Administrasiyasının yeni strukturu təsdiq olunub