Prezident Administrasiyasının yeni strukturu təsdiq olunub- Yeni köməkçilər və şöbə müdirləri təyin olunub

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının yeni strukturu təsdiq olunub.

Prezident Administrasiyasından APA-ya bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının işinin təkmilləşdirilməsi və qarşıya qoyulan vəzifələrdən irəli gələrək strukturun tərkibi yenidən formalaşdırılıb. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikası Prezidentinin yeni köməkçiləri və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının şöbə müdirləri təyin olunub.

Qarşıya qoyulan vəzifələrə uyğun olaraq eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası haqqında Əsasnamənin layihəsi bir ay müddətində hazırlanaraq Azərbaycan Respublikası Prezidentinə təqdim ediləcək.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının yeni strukturu ilə bağlı müvafiq sənədlər Azərbaycan Respublikası Prezidentinin rəsmi saytında (www.president.az ) yerləşdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

125 nömrəli marşrut xəttinin hərəkət sxemi dəyişdirilib

Sonrakı məqalə

Əli Həsənov Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi – şöbə müdiri vəzifəsindən azad edildi