128 gündür komada olan yaralı qazi vəfat etdi

12 Fevral 2021 - 21:22

Dörd aydan çoxdur komada olan Vətən müharibəsi qazisi İsmayılzadə Tacəddin Vüqar oğlu vəfat edib.

Azpost.info xəbər verir ki, 24 yaşlı Sumqayıt sakini T. İsmayılzadə müalicə aldığı xəstəxanada 128 gündən sonra şəhidlik zirvəsinə yüksəlib.

Qeyd edək ki, 24 yaşlı Tacəddin İsmayılzadə həm də Aprel döyüşlərinin iştirakçısıdır. 2016-cı ildə döyüşlər başlayan zaman hərbi xidmətdə olub. Vətən müharibəsi başlayanda isə cəbhəyə könüllü yollanıb və kəşfiyyat bölüyündə xidmət edib. Ağdam, Xocavənd və Füzuli istiqamətində döyüşlərdə iştirak edib. Oktyabrın 9-da Füzulidə başından ağır yaralanıb və komaya düşüb.

Mərhum sabah Sumqayıtdakı Şəhidlər Xiyabanında dəfn ediləcək.

Allah rəhmət eləsin!