Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Ətdən imtina sağlam qocalmağa kömək edə bilər

User 26 Oktyabr 2026 - 21:50 (Last updated: 26 Oktyabr 2026 - 21:39)
kabab esas

Ətdən imtina etmək gələcəkdə xərçəngin müxtəlif növləri, diabet və idrak qabiliyyətinin zəifləməsi də daxil olmaqla, yaşla əlaqəli 11 ciddi xəstəlik riskinin azalmasına kömək edə bilər. Alimlərin apardığı araşdırma zamanı belə nəticələr əldə olunub.

Məlumdur ki, bitki mənşəli qidalar liflə zəngindir və bu, bağırsaqların fəaliyyətini yaxşılaşdırır. Belə qidalanma orqanizm üçün vacib olan vitamin və minerallarla da zəngindir, eyni zamanda daha az yağ və duz ehtiva edə bilər.

30 ildən çox davam edən araşdırma

Beynəlxalq tədqiqatçılar 50 yaşlı təxminən 100 min ABŞ sakininin sağlamlıq vəziyyətini və qidalanma vərdişlərini 30 ildən çox müddətdə izləyiblər. Araşdırmada yaşla əlaqəli 11 geniş yayılmış xəstəliyin yaranması qeydə alınıb.

Bu xəstəliklərə xərçəng, diabet, infarkt, ürək xəstəlikləri, ürək çatışmazlığı, insult, böyrək çatışmazlığı, ağciyər xəstəlikləri, Parkinson xəstəliyi və dağınıq skleroz daxil edilib.

Alimlər iştirakçıların idrak qabiliyyətlərini, eləcə də ümumi fiziki və psixi sağlamlıqlarını da qiymətləndiriblər.

Nəticələr göstərib ki, az yağlı süd məhsullarının da daxil olduğu bitki mənşəli qidalanma rejiminə əməl edənlərin 11 xəstəlikdən yayınmaq və idrak, fiziki və psixi sağlamlıqlarını qorumaq ehtimalı ət əsaslı qidalananlarla müqayisədə 86 faiz daha yüksək olub.

Tamamilə bitki mənşəli qidalanan, süd məhsullarından da istifadə etməyən iştirakçıların isə ciddi sağlamlıq problemlərindən yayınmaq ehtimalı 46 faiz daha yüksək olub.

Hazır yeməklər sağlam qocalma ehtimalını azalda bilər

Tədqiqatçılar ultraişlənmiş qidaların çox istehlakının da sağlam qocalma ilə əlaqəli göstəricilərə mənfi təsir edə biləcəyini müəyyənləşdiriblər.

Hazır yeməklər, dondurulmuş pizza, qazlı içkilər və hətta supermarketlərdə satılan bəzi çörək növləri kimi məhsulların yüksək miqdarda istehlakı sağlam qocalma ehtimalının 32 faiz aşağı olması ilə əlaqələndirilib.

Araşdırmanın nəticələri Nature Medicine jurnalında dərc olunub. Ekspertlər bu nəticələrin dünya əhalisinin yaşlanmasının sürətləndiyi bir dövrdə əhəmiyyət daşıdığını bildiriblər.

Alimlərin qənaətinə görə, bitki mənşəli qidaların üstünlük təşkil etdiyi, sağlam heyvan mənşəli məhsulların isə ölçülü şəkildə daxil edildiyi qidalanma rejimi ümumi sağlam qocalmağa kömək edə bilər.

AzPost.az

Post navigation

Previous: Rusiya “taxıl sazişi”nin bərpasını istəmir: Moskva səbəbini açıqladı

Oxşar xəbərlər

vuqar
  • Sosial

AQC Avropanın ən böyük qiymətləndirmə təşkilatına üzv oldu

User 26 Oktyabr 2026 - 21:13
elmar esas
  • Sosial

Kafedə kütləvi davanın 2 təqsirkarı haqqında həbs qərarı verildi – VİDEO

User 26 Oktyabr 2026 - 19:03
teymur yehya
  • Sosial

Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib

User 26 Oktyabr 2026 - 17:11

xƏBƏR

kabab esas
  • Sosial

Ətdən imtina sağlam qocalmağa kömək edə bilər

User 26 Oktyabr 2026 - 21:50
Ətdən imtina etmək gələcəkdə xərçəngin müxtəlif növləri, diabet və idrak qabiliyyətinin zəifləməsi də daxil olmaqla, yaşla əlaqəli...
Read more about Ətdən imtina sağlam qocalmağa kömək edə bilər
Rusiya “taxıl sazişi”nin bərpasını istəmir: Moskva səbəbini açıqladı buqda
  • Dünya

Rusiya “taxıl sazişi”nin bərpasını istəmir: Moskva səbəbini açıqladı

User 26 Oktyabr 2026 - 21:37
Azərbaycan adambaşına ÜDM-ə görə dünyada 90-cı yerdədir bvf
  • İqtisadiyyat

Azərbaycan adambaşına ÜDM-ə görə dünyada 90-cı yerdədir

User 26 Oktyabr 2026 - 21:27
AQC Avropanın ən böyük qiymətləndirmə təşkilatına üzv oldu vuqar
  • Sosial

AQC Avropanın ən böyük qiymətləndirmə təşkilatına üzv oldu

User 26 Oktyabr 2026 - 21:13
İran və “Məkkə Sazişi” ölkələri Tehranda bəyanat qəbul edib mekke-sazisi
  • Dünya

İran və “Məkkə Sazişi” ölkələri Tehranda bəyanat qəbul edib

User 26 Oktyabr 2026 - 20:02
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.