“ABŞ və müttəfiqləri Rusiyanın Ukraynaya müdaxiləsinin ildönümündə Moskvaya qarşı böyük sanksiyalar paketi tətbiq edəcək”.
Azpost.info xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland bildirib.
“Fevralın 24-nə yaxın siz həm ABŞ-dan, həm də bütün G7 tərəfdaşlarımızdan böyük sanksiyalar paketi görəcəksiniz”, – Nuland deyib.
Onun sözlərinə görə, bu sanksiyalar özündən əvvəlkiləri, xüsusən də Rusiya müdafiə sənayesinə texnologiyaların tədarükünə qoyulan məhdudiyyətləri dərinləşdirəcək və genişləndirəcək.
“Qərb ölkələri də Ukraynaya qarşı müharibədə iştirak edən və ya onu dəstəkləyən şəxslərə qarşı şəxsi sanksiyalar hazırlayır. Rusiyaya artıq tətbiq edilmiş sanksiyalardan yan keçməyə kömək edən ölkələr də məhdudiyyətlərə məruz qala bilər. Bundan əlavə, Rusiya banklarına qarşı sanksiyaların genişləndirilməsi nəzərdə tutulur”, – Nuland qeyd edib.
Azpost.info
