Son üç il ərzində Türkiyədən 171 min 967 köçkün öz ölkəsinə geri göndərilib.
Bu barədə Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu məlumat verib.
Nazirin sözlərinə görə, hazırda ölkədə ümumilikdə 5 milyon 74 min 908 köçkün var. Onlardan 3 milyon 680 min 603-ü Türkiyə hökuməti tərəfindən müvəqqəti qoruma altında olan Suriya vətəndaşlarıdır. Müxtəlif ölkələrdən gələrək müvəqqəti yaşamaq icazəsi ilə ölkədə qalanların sayı 1 milyon 70 min 144 nəfərdir. Beynəlxalq qoruma çərçivəsində ölkədə yaşayanların sayı isə 324 min 161 nəfər təşkil edir.
S.Soylu 2014-cü ilə qədər ölkədə sənədsiz yaşayan xaricilərin sayının təxminən 50 min olduğunu deyib. Bildirilib ki, hazırda bu rəqəm dəfələrlə çoxdur. 2019-cu ilin əvvəlindən bu günədək Türkiyədə 373 min 468 köçkün saxlanılıb. Bu il Türkiyəyə beynəlxalq qoruma almaq üçün 43 min 670 nəfər müraciət edib.
İstanbulda 2018-ci ildə qanunsuz yaşayan 28 min 364 xarici vətəndaşın saxlanıldığını deyən nazir 2019-cu ildə bu rəqəmin 94 min 531-ə yüksəldiyini qeyd edib(azərtac).