Vilayət Eyvazov daha bir polkovniki təqaüdə göndərdi- ƏMR

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Daxili İşlər Nazirliyinin (DİN) daha bir əməkdaşını təqaüdə göndərib.

“Report”un əldə etdiyi məlumata görə, Nazirliyin Maddi-Texniki Təminat Baş İdarəsinin rəis müavini, polis polkovniki Əkbər Əkbərov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar işdən çıxarılıb.

V.Eyvazovun əmrinə əsasən, Ə.Əkbərov təqaüdə göndərilib.

Nazirin digər bir əmri ilə DİN-in Avtomobil təsərrüfatının rəisi, polis polkovniki Elçin Alıyev Maddi-Texniki Təminat Baş İdarəsinin rəis müavini təyin olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi sabahdan istifadəyə veriləcək

Sonrakı məqalə

171 mindən çox köçkün Türkiyədən ölkəsinə geri göndərilib