171 mindən çox köçkün Türkiyədən ölkəsinə geri göndərilib- Son üç ildə

Son üç il ərzində Türkiyədən 171 min 967 köçkün öz ölkəsinə geri göndərilib.

Bu barədə Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu məlumat verib.

Nazirin sözlərinə görə, hazırda ölkədə ümumilikdə 5 milyon 74 min 908 köçkün var. Onlardan 3 milyon 680 min 603-ü Türkiyə hökuməti tərəfindən müvəqqəti qoruma altında olan Suriya vətəndaşlarıdır. Müxtəlif ölkələrdən gələrək müvəqqəti yaşamaq icazəsi ilə ölkədə qalanların sayı 1 milyon 70 min 144 nəfərdir. Beynəlxalq qoruma çərçivəsində ölkədə yaşayanların sayı isə 324 min 161 nəfər təşkil edir.

S.Soylu 2014-cü ilə qədər ölkədə sənədsiz yaşayan xaricilərin sayının təxminən 50 min olduğunu deyib. Bildirilib ki, hazırda bu rəqəm dəfələrlə çoxdur. 2019-cu ilin əvvəlindən bu günədək Türkiyədə 373 min 468 köçkün saxlanılıb. Bu il Türkiyəyə beynəlxalq qoruma almaq üçün 43 min 670 nəfər müraciət edib.

İstanbulda 2018-ci ildə qanunsuz yaşayan 28 min 364 xarici vətəndaşın saxlanıldığını deyən nazir 2019-cu ildə bu rəqəmin 94 min 531-ə yüksəldiyini qeyd edib(azərtac).

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Vilayət Eyvazov daha bir polkovniki təqaüdə göndərdi

Sonrakı məqalə

Oqtay Gülalıyevi süni nəfəs aparatından ayırıblar