18 ölü, 29 yaralı, qeyri-müəyyən sayda itkin…- Kiyevdə vertolyot qəzasının qurbanları artır

“Bu gün səhər saatlarında helikopter qəzası baş verən ərazidə – Kiyev vilayətinin Brovarı bölgəsində  yerləşən uşaq bağçasındakı uşaqlar başqa müəssisəyə köçürülüb”.

Azpost.info xəbər verir ki, bunu Kiyev vilayət hərbi administrasiyasının rəhbəri Aleksey Kuleba deyib.

“Ukrinform” xəbər verir ki, o, bu barədə brifinqdə bildirib.

“Hələlik itkin düşən uşaqlarla bağlı məlumatımız yoxdur. İdentifikasiya işləri aparılır. Uşaqların hamısı indi başqa təhsil müəssisəsindədir. Onlarla müvafiq xidmətlər işləyir. Valideynlər də ora gəlir, siyahılar tərtib olunur”, – Kuleba qeyd edib.

O qeyd edib ki, hələlik 3-ü uşaq olmaqla 18 nəfərin öldüyü məlum olub. Eyni zamanda, 15-i uşaq olmaqla 29 nəfər xəsarət alıb.

Xatırladaq ki, Brovarıda helikopterin qəzaya uğraması nəticəsində Ukrayna Daxili İşlər Nazirliyinin ali rəhbərliyi, o cümlədən nazir Denis Monastırski həlak olub.

Azpost.info

Əvvəlki məqalə

“Ali məktəbdə verilən “qırmızı diplom”un heç bir əhəmiyyəti yoxdur” –

Sonrakı məqalə

Avtomobillərin icbari sığortası onlayn və maneəsiz həyata keçiriləcək