Ukraynada müharibə üçün hazırlanan könüllüləri çeçen oliqarx maliyyələşdirir

Rusiyada müharibəyə könüllülərin hazırlanması üçün əsas məntəqələrdən biri – Qudermesdəki Xüsusi Təyinatlı Qüvvələri Universiteti çeçen oliqarx və Ramzan Kadırovun həmkəndlisi Mövsədi Alviyev tərəfindən maliyyələşdirilir.

Azpost.info xəbər verir ki, bu barədə “Important Stories” yazıb.

Bu müddət ərzində qurum əmək haqqı, kirayə haqqı və avadanlıqlara 980 milyon rubl xərcləyib. Universitet Mövsədi Alviyevlə əlaqəli şirkətlər zənciri vasitəsilə Çeçenistanın “Respublika İdarəetmə Şirkəti” ASC-dən 460 milyon rubl alıb.

Universitet “Qazprom”, “Rusiya Dəmir Yolları”, “Tatneft” və Rusiya Döyüş Sənəti İttifaqının mühafizəçilərinin hazırlanmasından daha 260 milyon rubl əldə edib. Sonuncuya, xüsusən, Prezident Administrasiyası rəhbərinin müavini Sergey Kiriyenko və Baş nazirin müavini Yuri Trutnev rəhbərlik edir.

Ukraynada müharibə başlayanda universitet fəal şəkildə könüllüləri cəlb etməyə başladı. Kadırov bildirib ki, ötən ilin aprelində mərkəzdən həftədə 200 nəfər keçib.

Bundan başqa, Alviyev “Axmat Kadırov” Fondunun sponsorlarından biridir. O, Qroznı, Qudermes, Arqun və Şalinin mərkəzində göydələnlərə, həmçinin avtodroma, tibb mərkəzinə və telekommunikasiya şirkətinə sahibdir. 2011-ci ildən bəri onunla əlaqəli müəssisələr ən azı 20 milyard rubla dövlət müqavilələri alıblar.

Azpost.info

Əvvəlki məqalə

Sumqayıtda sərnişin sürücünü hədələyərək pulunu talayıb

Sonrakı məqalə

“Vaqner” qiyamına görə Rusiyadan qaçan 116 vətəndaş qayıtmaq üçün müraciət edib