İnternetdə yayılan nadir kinoxronikada 1945-ci ildə SSRİ-də keçirilən Qurban bayramı mərasimi əks olunub.
Xronikada Tatarıstanın paytaxtı Kazanda yerləşən Mərcani məscidində keçirilən bayram namazı və qurbankəsmə göstərilir. Məscidə topaşan minlərlə mömin dua edir, məscidin imamının çıxışını dinləyir, bayram namazı qılıb qurban kəsirlər.
Bu kinoxronika təsadüfən Kranoqorsk şəhərinin arxivində tapılıb. 1945-ci ildə Qurban bayramı noyabrın 15-də qeyd olunub. Xronikadan görünür ki, müsəlmanlar arasında çoxlu sayda Böyük Vətən Müharibəsindən qayıtmış əsgərlər var. Materialın sonunda səsli variant isə 70-ci illərdə çəkilib və səhvən ora montaj edilib.
Tatarıstan MSSR Nazirlər Sovetinin dini işlər üzrə Şurasının hesbatında qeyd olunur ki, 1945-ci il noyabrın 15-də Kazan məscidindəki bayram namazında 25 min adam bayram namazı qılıb. Həmin gün respublikanın bütün kəndlərində bu mərasim təşkil edilib. Tetyuş rayonunun Klyaşevo kəndində isə qurbanlığı kolxoz sədri özü kəsib.
Dəqiqləşdirilmiş məlumata görə, 1945-ci ildə Mərcani məscidinin imamı Kamarbitdin Salihov olub. Kinoxronikada çıxş edən də odur.