“1990-cı ildə Bakıya ordu yeritmək Qorbaçovun razılığı ilə baş verdi” –

Boris Yeltsin 18 il əvvəl nələri açıqlayıb? (TARİX)
21 Noyabr 2021 - 14:44

“Mixail Qorbaçov hakimiyyətini möhkəmlətəmək üçün bir çox məsələləri güc yolu ilə həll etməyə çalışdı. Tiflisdə, Bakıda, Pribaltikada dinc əhaliyə qarşı silahlı ordunu yeritdi. İnsanlar həlak oldu. Bütün bunlar Qorbaçovun razılığı ilə baş vermişdi”.

Azpost.info bildirir ki, bu sözləri Rusiyanın mərhum prezidenti Boris Yeltsin tanınmış telejurnalist Andrey Maksimovun “Yeltsinin videomemuarları” layihəsi çərçivəsində 2003-cü ilin aprelində verdiyi müsahibəsində bildirib.

Yeltsin bu silsilə müsahibələrində Gürcüstanda sovet ordusunun 1989-cu ilin aprelində dinc aksiyaya hucumundan danışıb: “1989-cu ildə Tiflisdə ordunun dinc aksiyaya atəş açmasının məsuliyyəti Mixail Qorbaçovun üzərindədir. Dinc aksiyanın dağıdıması qərarını o vermişdi. Hərbi rəhbərlik özbaşına belə qərar qəbul etməyə cürət etməzdirlər”.

Yeltsin deyib ki, bu hadisə baş verən kimi Tiflisə uçub, həlak olanların dəfnində iştirak edib və Gürcüstanı dəstəklədiyini bildirib: “SSRİ Ali Sovetinin iclasında bu addıma etirazmı bildirərək çıxış etdim və Gürcüsan deputat qrupu ilə birgə iclas zalını tərk etdim. Bu faciəvi tarxdir. Tİflisdə, Bakıda və Pribaltikada baş vermiş silahlı qarşıdurma Qorbaçovun vicdanına yazılıb”.

Yeltsin bildirb ki, bu qanlı hadisələrin icrası ilə bağlı Mixail Qorbaçov yazılı heç bir sənəd imzalamayıb. “Rəhbərdən belə bi şey tələb də olunmurdu. Aksiyalarla bağlı necə davranmaq barədə qərarı nazir qəbul etməli idi. Yəni kütləni polis qalxanları ilə itələmək başqa məsələdir, güllə atmaq ayrı… Adamlara güllə atmaq qərarı artıq “yuxarı”nın qərarı olmalı idi”.

SSRİ prezidentinin fəaliyyəti barədə danışan Boris Yeltsin SSRİ rəhbəri Mixail Qorbaçovla olan fikir ayrılıqlarına toxunub. Siyasi idarəçilikdə problemləri xatırladan Rusiya prezidenti vurğulayıb ki, M. Qorbaçovun yenidənqurma siyasəti yarımçıq qərarlar və Kommunist partiyası daxilində ciddi müqavimətlə üzləşirdi. Yeltsin deyib ki, SSRİ-də iqtisadi vəziyyətin pisləşməsi ölkədə siyasi gərginliyin artması ilə müşayiət olunurdu.

Yeltsin özünün siyasi kareyarsından, Siyasi Büronun üzvü olarkən müşahidələrindən, Mixail Qorbaçovla nə üçün barışmaz rəqib olmasından danışıb.

Qeyd edək ki, 1989-cu ilin aprelində, 1990-cı ilin yanvarında və 1991-ci ilin yanvarında sovet ordusu Tiflisdə, Bakıda və Vilnüsdə dinc əhalini gülləbaran edib. Nəticədə yüzlərlə dinc vətəndaş həlak olub. Bu hadisələrin içində ən dəhşətlisi 20 yanvar 1990-cı ildə Bakıda törədilmiş qanlı qırğın sayılır. Sovet ordusu şəhərdə içində qocalar, uşaqlar olmaqla 157 nəfəri güllə ilə öldürüb, minlərlə insan yaralanıb.

Azpost.info