Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

2 vəkilə xəbərdarlıq, 3 vəkilə töhmət –

User 18 Fevral 2025 - 18:51 (Last updated: 21 May 2025 - 20:15)
vekiller kolleg

Fevral ayının 18-də Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Bu barədə AzPost-a VK-dan bildirilib

İclasda çıxış edən Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti barədə məlumat verib.

Sonra iclas gündəliyinə uyğun olaraq dövlət qulluğunda olması ilə əlaqədar vəkillik fəaliyyəti dayandırılan bir vəkilin fəaliyyətinin bərpa edilməsi barədə müraciətinə baxılıb. Rəyasət heyəti tərəfindən müsbət qərar verilib və ona vəsiqə təqdim edilərək gələcək fəaliyyətində uğurlar arzulanıb.

Bundan başqa, bəzi vəkillərin digər vəkil qurumlarına keçməsi, vəkillik fəaliyyətinə xitam verilməsi və müəyyən müddətdə üzvlük haqqından azad edilməsi məsələlərinə baxılıb, habelə “Kiçikbəyov və partnyorları” Vəkil Bürosunda keçirilən monitorinqin nəticəsi elan olunub və müvafiq qərarlar qəbul edilib.

Həmçinin iclasda “Vəkillər Kollegiyasının “Konstitusiya və Suverenlik İli” çərçivəsində Tədbirlər Planı” müzakirə edilib, il ərzində bir sıra tədbirlərin keçirilməsi ilə bağlı rəy və təkliflərin verilməsi qərara alınıb.

İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb və Rəyasət Heyəti tərəfindən yol verdikləri intizam pozuntularına görə 2 vəkilə xəbərdarlıq edilib, 3 vəkilə töhmət verilib, 3 vəkilə irad bildirilib və 1 vəkilin fəaliyyəti isə müəyyən müddətə dayandırılıb.

Sonda Kollegiyanın fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılıb.

Post navigation

Previous: “Apple”ın yeni telefonunun adı bəlli oldu
Next: Azərbaycanda bağlanmış əmək müqavilələrinin sayı açıqlanıb

Oxşar xəbərlər

zakir hesenov
  • Sosial

Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO

User 08 Noyabr 2026 - 16:30
sevinc
  • Sosial

Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib

User 07 Noyabr 2026 - 15:32
ilham aqdam01
  • Sosial

İlham Əliyev Ağdam Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

User 07 Noyabr 2026 - 13:11

xƏBƏR

ilham erdoqan metbuat beyanat
  • Siyasət

“Heç kimə imkan vermərik ki, aramıza girsin” – PREZİDENT

User 08 Noyabr 2026 - 16:37
“Bizi birləşdirən ortaq tarixdir, etnik köklərdir, dilimizdir, ədəbiyyatımızdır, mənəvi dəyərlərimizdir. Bu, böyük sərvətdir və bu sərvət üzərində,...
Read more about “Heç kimə imkan vermərik ki, aramıza girsin” – PREZİDENT
Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO zakir hesenov
  • Sosial

Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO

User 08 Noyabr 2026 - 16:30
Şuşada İlham Əliyevin Ərdoğanla təkbətək görüşü keçirilib ilham erdoqan susa gorus
  • Siyasət

Şuşada İlham Əliyevin Ərdoğanla təkbətək görüşü keçirilib

User 08 Noyabr 2026 - 16:18
Azərbaycan və Türkiyə Prezidentlərinin mətbuat üçün  Bəyanatı – CANLI beyanat prez
  • Baş Yazı

Azərbaycan və Türkiyə Prezidentlərinin mətbuat üçün  Bəyanatı – CANLI

User 08 Noyabr 2026 - 15:36
İstanbulda azərbaycanlı boksçu qalib gəldi, dava düşdü – VİDEO dava boks
  • İdman

İstanbulda azərbaycanlı boksçu qalib gəldi, dava düşdü – VİDEO

User 08 Noyabr 2026 - 15:14
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.