Dünən Goradil qəbristanlığına yaxın ərazidə aşkar edilən 2 yaşlı uşağın anası tapılıb.
Azpost.info bildirir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri, Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin rəhbəri Kəmalə Ağazadə məlumat verib.
Onun sözlərinə görə, hazırda barəsində cinayət işi açılıb. ” Dünən qəbirstanlıq ərazisində tapılan körpənin “anacığı” tapılıb.Hal hazırda barəsində cinayət işi açılıb. Uşaqdan rəsmi qaydada imtina etdi. Ruhu belə incimədən…
Sual verdim ki, “bəs düşünmədin ki, uşağa heyvanlar toxunar,xəsarət alar?” Çiyinlərin çəkdi”-deyə K.Ağazadə bildirib.
Qeyd edək ki, tapılan uşaq dünən Daxili İşlər Nazirliyinin əməkdaşları sığınacağa gətirib.