Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla türkiyəli həmkarı Hakan Fidan arasında telefon danışığı baş tutub.
“Hürriyet” qəzetinin xəbərinə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, telefon danışığı zamanı iki ölkə arasında ikitərəfli münasibətlər və regional məsələlər müzakirə edilib.
