“20 yanvar metro stansiyasından dilənçilər niyə yığışdırılmır?” –Jurnalist müraciət etdi

Tanınmış telejurnalist Şöhrət Eldəniz 20 yanvar metro stansiyasının girişində məskən salmış dilənçilərlə bağlı metropolitenin polis rəisinə müraciət edib.

Azpost.info bildirir ki, Ş.Eldəniz metro stansiyasının girişindən daxilinə qədər düzülmüş dilənçilərin gediş-gəlişə mane olduğunu yazıb: “20 yanvar metrosunun həndəvəri və girişi nə vaxt düzələcək? Koronovirus da kömək etmir. Metronun girişindən içəri girənə qədər dilənçilər düzülür. Adam bilmir yol tapıb getsin, yoxsa koronovirusdan qorunsun. Biz görmüşük dilənçi məscidin yanında, qəbirstanlıqda, ziyarətgahların həndəvərində olar”.

Ş.Eldəniz yazıb ki, hərəkətin pik vaxtlarında bu həndəvərdə polis əməkdaşına rast gəlmək olmur: “Bu biabırçılıq nə vaxt bitəcək? Bildiyimə görə metropoliten polisinə yeni rəsi təyin ediblər. Xahiş edirəm, bu məsələyə bir əncam çəksin”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dünya Meteorologiya Təşkilatı xəbərdarlıq edir:

Sonrakı məqalə

Ukrayna beynəlxalq hava uçuşlarını bərpa edəcək