20 yanvar qırğınına rəhbərlik etmiş SSRİ DTK-nın sədri Bakatin öldü

Moskvada SSRİ Dövlət Təhlükəsizlik Komitəsi (“KQB”) sonuncu sədri Vadim Bakatin 84 yaşında vəfat edib.

Bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Onun ölüm səbəbi açıqlanmır.

Bakatinin Moskvanın Troyekurov qəbirstanlığında dəfn olunması gözlənilir.

Vadim Bakatin 20 yanvar 1990-cı ildə Bakıda qanlı qırğın əməliyatına rəhbərlik edən vəzifəli şəxslərdən olub.

SSRİ daxili işlər naziri olan Bakatin Sovet ordu hissələrinin şəhərə yeridlməsi və dinc əhalinin öldürülməsinin icraçısı olub.

1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında Azərbaycan Respublikası Milli Məclisinin 29 mart 1994-cü ildə qəbul etdiyi Qərarında Bakatinin bu qırğına görə məsuliyyət daşıdığı elan edilib.

“Planlaşdırılmış bu cinayət əməliyyatını həyata keçirmək üçün keçmiş SSRİ müdafiə naziri Dmitri Yazov, daxili işlər naziri Vadim Bakatin və başqa yüksək rütbəli hərbçilər Bakıya gəlmişdilər…Keçmiş SSRİ Konstitusiyasının 119-cu maddəsinin 14-cü bəndinin və Azərbaycan SSR Konstitusiyasının 71-ci maddəsinin tələblərinin pozulması ilə qəbul edilmiş. “Bakı şəhərində fövqəladə vəziyyətin tətbiq edilməsi haqqında” SSRİ Ali Soveti Rəyasət heyətinin fərmanı və bu fərmanın artıq fövqəladə vəziyyət tətbiq ediləndən və yüzlərlə insanın qanı axıdılandan sonra elan edilməsi həmin hərbi-siyasi aksiyanın Sovet İttifaqı Kommunist Partiyasının və Sovet dövlətinin rəhbərliyi, şəxsən Mixail Qorbaçov tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş cinayət və açıq təcavüz olduğunu təsdiq edir”-deyə Qərarda vurğulanırdı.

Azpost.info 

Əvvəlki məqalə

Gənc oğlan Bakıda Xəzərə köpək balığı buraxdı, izləyicilər heyrətləndi –

Sonrakı məqalə

Müdafiə Nazirliyi sosial şəbəkə istifadəçilərinə müraciət etdi: –