20 Yanvar şəhidlərinin ailələrinə verilən aylıq təqaüdün məbləği 500 manata qaldırıldı –

FƏRMAN
31 Dekabr 2020 - 15:37

Prezident İlham Əliyev “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 yanvar tarixli 350 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” fərman imzalayıb.

Fərmana əsasən, 1990-cı ilin yanvar faciəsi zamanı şəhid olmuş hər bir şəxsin ailəsinə təsis edilmiş aylıq “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün məbləği  300 manatdan 500 manata qaldırılıb.

Bu Fərman 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.