Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Kriminal

2003-cü ildəki kütləvi iğtişaşlara görə saxlanmış Mehdi Xəlilbəylinin məhkəməsi keçirilib

User 23 Avqust 2024 - 14:34 (Last updated: 21 May 2025 - 20:15)
mehdi xexil

Almaniyada mühacirətdə olmuş, Azərbaycan tərəfindən axtarışa verilmiş, bir qədər əvvəl Bakıda həbs olunan Müsavat fəalı Mehdi Xəlilbəylinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bu gün Səbail rayon Məhkəməsində hakim Günel Səmədovanın sədrliyi ilə keçirilən baxış iclasında Mehdi Xəlilbəyli hakimə etiraz edib. O, məhkəmə iclaslarının hakim Günel Səmədovanın sədrliyi ilə davam etdirilməsinə etiraz olaraq vəsatət qaldırıb.

Müşavirədən sonra vəsatətin təmin edilmədiyi açıqlanıb.

Daha sonra məhkəmə zərərçəkmişlərin ifadələri ilə davam edib.

Zərərçəkmiş şəxs qismində ifadə verən Mirzə Həsənov təqsirləndirilən şəxsi tanımadığını deyib. O, 2003-cü ilin oktyabrında, hadisələr zamanı polis əməkdaşı olduğunu deyib: “Sözügedən hadisələrdə zədələnmişəm, qabırğam çatlamışdı, uzun müddət hospitalda yatmışam. Xəsarət alan zaman hava qaranlıq idi. Məni vuran şəxsi görməmişəm. Mehdini tanımıram”.

Digər zərərçəkən Zaur İsgəndərov da məhkəmədə ifadəsində hadisələrdə başından xəsarət aldığını deyib: “2003-cü ildə polis işləyirdim. Mənə xəsarət yetirən adam Mehdi Xəlilbəyli olmayıb, bu adamı hadisə zamanı görməmişəm”.

Məhkəmə prosesi sentyabrın 6-da davam edəcək.

Qeyd edək ki, Mehdi Xəlilbəyli bu ilin əvvəlində Avropadan Bakıya qayıdıb və hava limanında saxlanılıb. Onun barəsində Binəqədi rayon məhkəməsində həbs-qətimkan tədbiri seçilib. Onun Bakıya könüllü olaraq, istintaqa təslim olmaq üçün gəldiyi bildirilir.

Mehdi Xəlilbəyliyə 2003-cü ildə Cinayət Məcəlləsinin 3 maddəsi ilə – 220 (kütləvi iğtişaş), 221 (xuliqanlıq) və 315 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham elan olunub.

O zaman bununla bağlı jurnalist Sahil Kərimli zərərçəkən kimi tanınıb.

Mehdi Xəlilbəylinin istintaqda və məhkəmədə ifadəsində özünü siyasi mühacir saymadığını deyib. O, Azərbaycanda yaşamaq istədiyini, Vətənə buna görə döndüyünü bildirib.

Cinayət işi ürə jurnalist Sahil Bəxtiyar oğlu Kərimli ilə yanaşı daha 13 nəfər – Cəfərov Elmar Eldar oğlu, Əfəndiyev Mehman Yaqub oğlu, Salayev Emin Akif oğlu, Hüseynov Kamran Akif oğlu, Əhmədov Musa Nizami oğlu, Kazımov Tərlan Qürbət oğlu, Qasımov Ağagül Akif oğlu, Sultanov Elçin Elxan oğlu, İsgəndərov Zaur Tahir oğlu, Həsənov Mirzə Tahir oğlu, Hacızadə Rəşad Mirsahib oğlu, Cəfərov Zavur Cəmil oğlu, Hüseynov Hüseyn Kəskin oğlu zərərçəkən kimi tanınıb.

Post navigation

Previous: Putin və Paşinyan telefonla danışıb
Next: Özbəkistan Xankəndidə yüngül sənaye müəssisəsi yaradacaq

Oxşar xəbərlər

polis
  • Kriminal

Azərbaycanda 119 nəfər saxlanıldı – 94-ü borclu şəxslərdir

User 29 Oktyabr 2026 - 10:26
polis
  • Kriminal

Bir gündə axtarışda olan 120 şəxs saxlanıldı – 15 qumbara və 5 tüfəng götürüldü

User 28 Oktyabr 2026 - 11:00
Bıçaq
  • Kriminal

Salyanda oğul anasını, atasını və qardaşının arvadını bıçaqlayıb, ana ölüb

User 27 Oktyabr 2026 - 14:42

xƏBƏR

mektebli
  • Sosial

Məktəbdə jurnalistləri döyən şagird boksçu imiş

User 29 Oktyabr 2026 - 13:26
Ötən gün Bakının Yasamal rayonunda yerləşən 225 saylı orta məktəbdə REAL TV-nin çəkiliş qrupuna hücum olub. Trend...
Read more about Məktəbdə jurnalistləri döyən şagird boksçu imiş
İsraildə seçkilərin nəticələri – Netanyahunun bloku 53 mandatda qalıb israil
  • Dünya

İsraildə seçkilərin nəticələri – Netanyahunun bloku 53 mandatda qalıb

User 29 Oktyabr 2026 - 13:12
Ceyhun Bayramov TDT XİN Şurasının iclasında iştirak edib ceyhun fidan
  • Siyasət

Ceyhun Bayramov TDT XİN Şurasının iclasında iştirak edib

User 29 Oktyabr 2026 - 12:29
Tramp İranla danışıqların bərpası barədə Vensə göstəriş verdiyini təkzib etdi Avropanın çığır-bağırı Trampın vecinə də deyil
  • Dünya

Tramp İranla danışıqların bərpası barədə Vensə göstəriş verdiyini təkzib etdi

User 29 Oktyabr 2026 - 11:18
Ceyhun Bayramov Türkiyəyə getdi ceyhun ukr
  • Siyasət

Ceyhun Bayramov Türkiyəyə getdi

User 29 Oktyabr 2026 - 11:09
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.