Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Kriminal

Bir gündə axtarışda olan 120 şəxs saxlanıldı – 15 qumbara və 5 tüfəng götürüldü

User 28 Oktyabr 2026 - 11:00 (Last updated: 28 Oktyabr 2026 - 10:46)
polis

Borca görə

Daxili İşlər Nazirliyinin (DİN) oktyabrın 27-də ölkə ərazisində keçirdiyi əməliyyat tədbirləri nəticəsində 61 nəfər cinayət törətməkdə şübhəli bilinərək saxlanılıb, qanunsuz saxlanılan silah-sursat aşkar edilərək götürülüb.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, gün ərzində ölkə ərazisində qeydə alınan 50, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması təmin olunub.

Axtarışda olan ümumilikdə 120 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Onlardan 96 nəfər borclu şəxs qismində axtarışda olub.

Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatın aşkarlanması və götürülməsi ilə bağlı isə 5 fakt müəyyən edilib.

Bundan başqa, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyi üçün itkin düşmüş kimi axtarılan 12 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Dələduzluğa görə axtarışda olan 7 nəfər də saxlanılaraq istintaqa təhvil verilib.

Əməliyyat tədbirləri zamanı paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 15 qumbara və 5 tüfəng aşkar edilərək götürülüb.

DİN bildirir ki, qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

AzPost.az

Post navigation

Previous: Beyin sağlamlığı üçün həftədə neçə dəfə balıq yemək lazımdır?
Next: 28 oktyabr üçün ulduz falı – Bürcləri işdə, pulda və sevgidə nə gözləyir?

Oxşar xəbərlər

Bıçaq
  • Kriminal

Salyanda oğul anasını, atasını və qardaşının arvadını bıçaqlayıb, ana ölüb

User 27 Oktyabr 2026 - 14:42
turk jurnalist
  • Kriminal

Azərbaycanda türkiyəli köşə yazarı axtarışa verildi, cinayət işi açıldı –

User 16 Oktyabr 2026 - 16:20
xirdalan mek
  • Kriminal

Xırdalanda məktəbin şüşələrini sındıran şəxs həbs edildi

User 16 Oktyabr 2026 - 09:25

xƏBƏR

iet korpu
  • Sosial

İƏT ölkələrinin antikorrupsiya qurumlarının rəhbərlərinin görüşü keçirilir

User 28 Oktyabr 2026 - 11:26
Bakı şəhərində İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli...
Read more about İƏT ölkələrinin antikorrupsiya qurumlarının rəhbərlərinin görüşü keçirilir
28 oktyabr üçün ulduz falı – Bürcləri işdə, pulda və sevgidə nə gözləyir? burcler
  • Maraqlı

28 oktyabr üçün ulduz falı – Bürcləri işdə, pulda və sevgidə nə gözləyir?

User 28 Oktyabr 2026 - 11:10
Bir gündə axtarışda olan 120 şəxs saxlanıldı – 15 qumbara və 5 tüfəng götürüldü polis
  • Kriminal

Bir gündə axtarışda olan 120 şəxs saxlanıldı – 15 qumbara və 5 tüfəng götürüldü

User 28 Oktyabr 2026 - 11:00
Beyin sağlamlığı üçün həftədə neçə dəfə balıq yemək lazımdır? baliq
  • Maraqlı

Beyin sağlamlığı üçün həftədə neçə dəfə balıq yemək lazımdır?

User 28 Oktyabr 2026 - 10:50
Bakıda velosiped zolaqlarının uzunluğu 67,8 km-ə çatdırılıb bulvar velosiped yolu
  • Sosial

Bakıda velosiped zolaqlarının uzunluğu 67,8 km-ə çatdırılıb

User 28 Oktyabr 2026 - 10:48
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.