2009-cu ildə Qəddafi Ukraynanın gələcəyi ilə bağlı nə yazıb? –"NATO qapını döyürsə ya açmalısan, ya da sındıracaq"

Ukrayna – Rusiya qarşıdurması bu gün beynəlxaq müstəvinin ən çox müzakirə edilən mövzusudur. 2014-cü ildən kəskinləşən problem özü ilə dünya siyasətinə ciddi problemlər gətirdi.

Maraqlıdır ki, bu məsələ ilə bağlı hələ illər əvvəl bəzi proqnozlar verilib. Həmçinin münaqişənin gələcəyin ən ciddi beynəlxaq qalmaqalına çevriləcəyini yazanlar da olub.

Onlardan biri də Liviya dövlətinin sabiq lideri Müəmmər Qəddafi olub. 2008-ci ildə Rusiya və Ukraynaya səfər edən Qəddafi hər iki ölkənin dövlət başçıları ilə görüşüb. Bu Qəddafinin SSRİ dağıdıqdan sonra bu ölkələrə ilk səfəri olur.

Vətənə qayıtdıqdan sonra Qəddafi o zaman da yaxşı olmayan Rusiya –Ukrayna münasibətlərinə baxışını əks etdirən məqalə yazır.  2009-cu ilin may ayında Liviya liderinin Rusiyanın “Vremya novostey” nəşrinə göndərdiyi bu məqaləsində bir sıra maraqlı məqamlar yer alıb. Qəddafi Rusiya-Ukrayna arasında yaşanan problemin dünya üçün ciddi təhlükə yaratdığnı bildirir və bunun gələcəkdə dünya gücləri arasında qarşıdurma yaradacağını  qeyd edir.

Azpost.info 10 il əvvəl yazılmış bu yazını oxuculara təqim edir:

“Dünya xalqları və öz xalqım üçün təhlükəsiz dünya yaratmaq üçün dünya siyasətinə az-çox  təsir imkanımdan çıxış edərək ciddi beynəlxalq problem haqqında öz fikrimi bildirmək istəyirəm. Bu problemin müsbət çözüləcəyinə ümid edirəm. 

Bu məqaləmdə mən Ukrayna məsələsinə toxunmaq istəyirəm. Mən hesab edirəm ki, bu ciddi problemdir.

Bu gün Ukrayna –müstəqil, süveren dövlətdir, BMT-nin üzvüdür. Ancaq bu ukraynalılar üçün kifayət deyil. Nə üçün? Bunun səbəbi Ukraynanın və regionun tarixində gizlənir. Min il əvvəl Rusiya və Ukrayna yox idi, əvəzində Kiyev Rus dövləti vardı. Öz tarixləri ilə fəxr edən ukraynalılar deyirlər ki, Ukrayna beşik olub, ancaq birgə tarixləri rus qardaşlarına Ukraynanı müstəqil dövlət kimi qəbul etməyə  imkan verməyib.

Ukraynalılar həmçinin deyirlər ki, onların tarixi müstəqillik uğrunda apardıqları çoxillik mübarizələrin tarixidir. Ukraynalılar beş dəfə müstəqilliyə nail ola biliblər. Amma qısa müddətə… Niyə? Ona görə ki, müstəqilliklərinin qarantı olmayıb. Ukraynalılar deyirlər ki, birinci müstəqil dövlətləri cəmi 6 ay yaşayıb, ikincisi 3 ay. Rusiyanın rəsmi mövqeyinə görə, Ukraynaın müstəqilliyinə heç bir etiraz etmirlər. Ruslar Ukraynanı müstəqil, suveren, qonşu və qardaş respublika kimi görürlər. Bəs məsələ nədədir? Niyə bu belə ciddi problemə çevrilib?

Problem qarantiyadadır. Ukrayna keçmişdə olduğu kimi müstəqilliyini itirməmək üçün qaranta möhtacdır. Amma bu qarant isə Rusiya üçün çox çətin və təhlükəli məsələdir.

Təhlükəli olan da budur: Rusiya özünün müstəqilliyi  üçün təhlükə saydığı məsələni Ukrayna öz təhlükəsizliyinə və müstəqilliyinə qarant hesab edir.

Bu problemin əsl köküdür.

Tamamilə aydındır ki, Ukrayna Avropa İttifaqına və NATO-ya birləşmək istəyir. Ukrayna bunu özünün müstəqilliyi üçün möhkəm qarant görür. Əslində isə bu qarant başqa dövlətə qarşı deyil, Rusiyaya qarşı yönəlib.

Ruslar deyir ki, Ukraynanın tələb etdiyi qarant Rusiyanın təhlükəsizliyi  üçün ciddi mesajdır. Rusların fikrincə, madam ki, Rusiya Ukraynanın müstəqilliyini tanıyır, o zaman belə qarant tələb etmək lazımsızdır.

Hər iki tərəfin tutduğu mövqedən asılı olmayaraq məsələ çox ciddidir və özündə böyük problem saxlayır. Əgər NATO Ukraynaya gəlsə bu o deməkdir ki, Alyans artıq Moskvanın “qapısını döyəcləyir”. Düşmən əgər qapını döyürsə ya sən ona qapını açmalısan, ya da sındıracaq.

Bu isə potensial təhlükə deməkdir. Digər tərəfdən Ukrayna bacısı Rusiyanı sakitləşdirir ki, konstitusiya Ukrayna torpağında əcnəbi hərbi baza saxlamağa imkan vermir, buna görə də Moskva narahat olmamalıdır.

Rusiya isə hesab edir ki, təhlükə bazanın olub-olmamağında deyil. Məsələ odur ki, NATO Ukrayna torpağında bazalarsız da mövcud olacaq. Ukrayna ordusu isə belə vəziyyətdə bu qüvvələrin bir hissəsinə çevriləcək.

Belə vəziyyət isə Rusiya üçün məqbul deyil. Ona görə ki, bu bilavasitə onun təhlükəsizliyinə aiddir.

Ukraynalılar təsdiq edirlər ki, onlar yalnız öz müstəqillikləri üçün beynəlxalq qarant istəyirlər. Bununla da Rusiyaya qarşı hər hansı təhlükə yaratmırlar. Ukraynalılar deyirlər ki, Rusiya üçün heç vaxt təhlükə mənbəyi olmayacaqları barədə öhdəlik  əks olunmuş   sənədi imzalamağa hazırdırlar.

Amma ruslar hesab edirlər ki, Ukraynanın Rusiyaya qarşı düşmən mövqeyində olan NATO-ya birləşməsi elə özü artıq təhlükədir.

Bundan başqa digər problemlər də mövcuddur. Onlar ikinci dərəcli olsa da pisdirlər. Əgər onları həll olunmasa nəticələri pis ola bilər. Ancaq onların həlli yolunda böyük çətiniliklər durur. Onların arasında Tuzla adası, kontinental şelf, sərhədlərin demarkasiyası, Rusiya hərbi bazasının yerləşdiyi Sevastopol şəhəri, 1932-33-cü illərdəki Qolodomor… Həmçinin Krım yarmadası ilə bağlı problem də mövcuddur.

Ukrayna probleminin ümumi şəkli belə görünür.

SSRİ dağıldıqdan sonra Rusiyaya və Ukraynaya etdiyim ilk səfərdən sonra mən bu məsələləri qaldırmaq istədim və bütün tərəflərdən bunun aydınlaşdırmasını istədim.

Bəlkə ola bilsin bu bütün dünyaya ziyan vuracaq qərarın qəbul edilməsindən əvvəl situasiyanı və onun nəticələrini düzgün qiymətləndirməyə kömək edəcək.

Bu dünyanın taleyi mənim ölkəmi və bütün xalqları narahat edir. Burada hər iki maraqlı tərəf ziyan görə bilərlər. Bu tərəflər isə dünya arenasında ən mühüm oyunçulardır. Bunlar Rusiya, Avropa İttifaqı və NATO-dur. Onların toqquşması beynəlxaq təhlükəsizliyə və sülhə zərbə vuracaq”.

Müəmmər Qəddafi

Liviya inqilabının lideri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Rusiyada 2 azyaşlı qız buzun çatlaması nəticəsində çayda boğulub

Sonrakı məqalə

Əfsanəvi basketbolçu Kobi Brayant helikopter qəzasında öldü