Rusiyada 2 azyaşlı qız buzun çatlaması nəticəsində çayda boğulub

Rusiyanın Kursk şəhərində 2009 və 2010-cu il təvəllüdlü 2 qız Seym çayı üzərində buzun çatlaması nəticəsində suya düşərək boğulub.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin regional Baş İdarəsi məlumat yayıb.

Hadisə bu gün yerli vaxtla saat 15:58-də şəhərin Volokno mikrorayonunda qeydə alınıb.

Xilasetmə qrupunun dalğıcları tərəfindən aparılan axtarış tədbirləri nəticəsində uşaqların cəsədləri tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Aygün Süleymanlı Maştağada seçicilərlə görüşüb –

Sonrakı məqalə

2009-cu ildə Qəddafi Ukraynanın gələcəyi ilə bağlı nə yazıb? –