2019-cu ilin “Dünya gözəli” məlum oldu –

FOTO
15 Dekabr 2019 - 12:39

Lodonda “Dünya gözəli-2019” Gözəllik Müsabiqəsinin qalibi seçilib.

APA-nın “sputniknews.kz” saytına istinadən verdiyi məlumata görə, tacın sahibi Yamaykadan 23 yaşlı Toni-Enn Sinqx olub.

Toni-Enn Sinqxə tacı “Dünya gözəli-2018”-in qalibi Vanessa Ponse de Leon təqdim edib. Toni-Enn Sinqx gözəllik müsabiqəsində qalib gələn ikinci yamaykalıdır. İlk dəfə 1993-cü ildə Yamayka təmsilçisi dünya gözəli seçilib. 

“Dünya gözəli-2019” Gözəllik Müsabiqəsində ikinci yerə fransalı Ofeli Mezino, üçüncü yerə hindistanlı Suman Rao layiq görülüb.