“2020-ci ilin 9 noyabrında məni heç kimin fikri maraqlandırmırdı” –PAŞİNYAN

“9 noyabr 2020-ci ildə bəyan etdim ki, hazırda məni heç kimin fikri maraqlandırmır,  bu məsuliyyəti öz üzərimə götürürəm və bu sənədi imzalayacağam”.

Azpost.info News.am-a istinadla xəbər verir ki, bunu Ermənistan parlamentində 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı baş nazir Nikol Paşinyan deyib.

“Hesab edirəm ki, düz eləmişəm. Başqa sual budur ki, mən bunu niyə etdim?” – deyə Paşinyan vurğulayıb.

Onun sözlərinə görə, elə vaxtlar olur ki, sadəcə məsuliyyəti öz üzərinə götürməlisən.

Əvvəlki məqalə

187 sərnişini daşıyan təyyarə bomba təhdidinə görə məcburi eniş edib

Sonrakı məqalə

Azərbaycan lideri Maldiv Prezidenti ilə görüşüb