2020-ci ilin ilk Ay tutulması başlayıb.
Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından APA-ya verilən xəbərə görə, bu, yarımkölgəli Ay tutulmasıdır. Saat 21:08-də başlayan tutulma hadisəsisaat 01:12-də sona çatacaq. Tutulmanın maksimumu saat 23:11-də olacaq. Tutulma hadisəsini Avropa, Asiya, Afrika, Avstraliyada müşahidə etmək mümkün olacaq. Tutulmanın maksimum fazasında Ay adi bədirlənmiş (dolu) aydan bir az tünd görünəcək. Tutulma hadisəsi Azərbaycanda da müşahidə olunacaq.
Qeyd edək ki, 2020-ci ildə 4 Ay tutulması müşahidə olunacaq. Bütün tutulmalar yarımkölgəli Ay tutulması olduğundan adi gözlə görmək çətin olacaq.