2022-ci ilin dövlət büdcəsi Şuşada müzakirə ediləcək

İyun ayının 23-də Şuşada Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçiriləcək.

İclasda aşağıdakı məsələlər müzakirəyə çıxarılacaq:

1. “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

2. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş). (APA)

Əvvəlki məqalə

Robotlar 2025-ci ilədək 85 milyon adamı işsiz qoyacaq

Sonrakı məqalə

Vilayət Eyvazov İranın Narkotiklərlə Mübarizə Polisinin rəisini qəbul edib