Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

“2023 çətin illərdən biri olacaq” 

User 30 Mart 2023 - 11:45 (Last updated: 21 May 2025 - 20:15)
KMO_162972_00073_1_t218_203117

Ukraynadakı müharibənin, eləcə də dünya dövlətlərinin monetar siyasətinin sərtləşdirilməsinin nəticəsində 2023-cü ildə qlobal iqtisadi artımın səviyyəsi 3 faizdən aşağı olacaq.

Azpost.info xəbər verir ki, bu proqnozla Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristalina Georgiyeva çıxış edib.

“Qlobal iqtisadiyyat xeyli müddətdir ki, təlatümlü mühitdə olub, şokdan ardınca şok keçirir. Biz 2023-cü ilin daha bir çətin bir il olacağını gözləyirik. Uzun müddət davam edən aşağı faiz dərəcələrindən inflyasiya ilə mübarizə üçün lazım olan xeyli yüksək dərəcələrə sürətli keçid bəzi ölkələrin bank sektorunda istər-istəməz təlatüm yaradıb və siyasət qərarlarını daha da çətinləşdirib”, – BVF rəhbəri deyib.

Onun fikrincə dünya iqtisadiyyatını gözləyən çətinliklərlə mübarizə aparmağın yeganə yolu əməkdaşlıq və həmrəylikdən keçir.

Qloballaşmanın dünya iqtisadiyyatı üçün, o cümlədən Asiya regionu ölkələrinin inkişafı baxımından faydalarını xatırladan Georgiyeva daha bir vacib məqama diqqət çəkib: “Lakin biz onu da qəbul etməliyik ki, qloballaşmanın faydaları ölkələr və insanlar arasında bərabər şəkildə bölüşdürülməyib. Biz tədarük zəncirlərinin daha etibarlı olmasının və şaxələndirilməsinin lazım olduğunu başa düşdük”.

Azpost.info

Post navigation

Previous: 31 mart soyqırımı tariximizin faciəli səhifələrindən biridir
Next: Bayden dünyada demokratiyanı gücləndirmək üçün 690 milyon ayırdı

Oxşar xəbərlər

abs-ukrayna
  • Dünya

ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı?

User 22 Oktyabr 2026 - 21:08
vens
  • Dünya

“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens

User 22 Oktyabr 2026 - 20:48
rubio
  • Dünya

“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi

User 22 Oktyabr 2026 - 20:36

xƏBƏR

burcler
  • Maraqlı

Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir

User 22 Oktyabr 2026 - 21:18
2026-cı ilin noyabr ayının ortalarına qədər üç bürcün nümayəndələri mühüm düşünmə, prioritetləri yenidən nəzərdən keçirmə və dəyişikliklər...
Read more about Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir
ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı? abs-ukrayna
  • Dünya

ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı?

User 22 Oktyabr 2026 - 21:08
Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi bas aqrisi
  • Maraqlı

Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi

User 22 Oktyabr 2026 - 21:00
“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens vens
  • Dünya

“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens

User 22 Oktyabr 2026 - 20:48
“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi rubio
  • Dünya

“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi

User 22 Oktyabr 2026 - 20:36
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.