“2023-cü il qələbə və sülh ili olsun”- Şarl Mişel Kiyevdə səfərdədir

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Kiyevdə səfərdədir.

Azpost.info xəbər verir ki, bu barədə o, “Tviter”də məlumat verib.

“Əməkdaşlığın bütün sahələrini müzakirə etmək üçün yenidən Kiyevdəyik. 2023-cü il qələbə və sülh ili olsun”, – Mişel yazıb.

Şarl Mişel Kiyevdə Ukrayna prezidenti Vladimir Zelenski, Baş nazir Denis Şmıqal və Ali Radanın deputatları ilə görüşəcəyini deyib.

“Ukrayna öz suverenliyi və müstəqilliyi uğrunda mübarizəni davam etdirir və bu, ümumi Avropa dəyərləri, Avropada sülh və təhlükəsizlik uğrunda mübarizədir”, – Aİ Şurasının rəhbəri bəyan edib.

Azpost.info

 

Əvvəlki məqalə

Sabah hava necə olacaq?

Sonrakı məqalə

Bakıda 33 yaşlı kişi dəmir linglə banka hücum edib