“2023-cü ildə aya uçacağıq” –Ərdoğan

“Kosmik fəaliyyətimizi inkişaf etdirmək üçün səylərimizi var gücümüzlə davam etdiririk. Türkiyədə kosmos dövrü başlayır. 2023-cü ildə aya uçacağıq”.

Иunu Türkiyə Prezident Adminstrasiyasında Türkiyənin Sənaye və Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Türkiyənin milli kosmik proqramlarını açıqlayan prezident deyib ki, Türkiyənin 10-cu hədəfi kosmosa türk kosmonavtını göndərməkdir.

Sənaye və Texnologiyalar naziri Mustafa Varank Türkiyə Respublikasının milli kosmos proqramı haqqında məlumat verib.

Ərdoğan Türkiyənin kosmik proqramlarını həyata keçirmək üçün müttəfiq ölkələrlə əməkdaşlıq edəcəklərini deyib.

Qeyd edək ki, 2018-ci ilin dekabrında Türkiyə prezidentinin qərarı əsasında qurulan və 2019-cu ildən rəsmi fəaliyyətə başlayan Türkiyə Kosmik Agentliyi (TUA) kosmik fəaliyyətlərə aid bütün şirkətləri özündə birləşdirir.

Tədbirdə TUA-nın vəzifə və hədəfləri haqqında da məlumat verilib, TUA-ya üzv olan tərəfdaş şirkətlər fəaliyyət planlarına dair müqavilə imzalayıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan 5 erməni əsirini geri qaytarıb –

Sonrakı məqalə

Navalnının qərargahı növbəti etiraz aksiyasını fevralın 14-ə planlaşdırıb