2024-cü ildə proporsional qaydada parlament seçkləri keçiriləcək –İLQAR MƏMMƏDOV

Hakimiyyət 2024-cü ildə proporsional qaydada seçki keçirməyi planlaşdırır.
Azpost.info bildirir ki, bu barədə REAL Partiyasının sədri İlqar Məmmədov bildirib.
Onun sözlərinə görə, proprsional qayda ilə seçkilərə qatılan iqtidaryönlü partiyalar YAP üçün problem yaradacaq.
İ. Məmmədov iqtidaryönlü partiyaların fəaliyyətini “məntisiz” adlandırıb: “Uzun illərdir Prezidentin daxili və xarici siyasətini dəstəkləyən partiyalara nə ehtiyac qalır? Ağlabatan dövr ərzində bir partiya digərinin siyasətini dəstəkləyə bilər. Amma bu dəstək uzun zaman davam edirsə, formal olaraq ayrı durmağın heç bir dürüst məntiqi də artıq yoxdur. Gələn il hökumət proporsional qaydada seçki keçirmək istəyir. Bu partiyaların hamısı kimin səsindən “dişləyib aparacaq”?  Əlbəttə Yeni Azərbaycan Partiyasının”-deyə REAL sədri bildirib.
Onun fikrincə, hakimiyyəti dəstəkləyən partiyalar seçkiyə qatılarsa onların hərəsi 0,5 faizdən tutmuş 5 faizə qədər “xırda dişləmlərlə” YAP-ın nəticəsini zəiflədəcək: “Bunu anlayan hökumət, partiyaların ümumi sayını son bir ildə 60-dan hazırkı 26-ya endirdi. Amma YAP seçkidə həqiqi səs itirmək istəmirsə, bu proses davam edəcək. Onsuz da belə partiyaların mövcudluğunda heç bir dürüst ideoloji məntiq yoxdur. İndi isə həm də seçki məntiqi yoxdur”-deyə İ.Məmmədov vurğulayıb.
Azpost.info
Əvvəlki məqalə

Qazaxıstan təkzib yaydı –

Sonrakı məqalə

Bakıda Fransa müstəmləkəçiliyinə qarşı konfrans keçirilir