“2024-də seçilən istənilən ABŞ prezidenti Ukraynanı dəstəkləməyə davam edəcək”- Kondoliza RAYS

“2024-cü ildə seçilən istənilən ABŞ prezidenti Ukraynanı dəstəkləməyə davam edəcək”.

Azpost.info xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin keçmiş rəhbəri Kondoliza Rays deyib.

Rays hesab edir ki, Qərb Ukraynada hərbi əməliyyatın başlamasına reaksiyası ilə Rusiya prezidenti Vladimir Putini şoka sala bilib.

“ABŞ və onun xalqı həmişə tapşırığın öhdəsindən gəlib: Birinci Dünya müharibəsində, İkinci Dünya müharibəsində, 11 sentyabr terror aktlarından sonra, indi də Ukrayna”, – Rays bildirib.

O qeyd edib ki, ölkəsində Kiyevi dəstəkləməyə fərqli münasibət göstərən üç düşərgə var: “Bəziləri Rusiyanı cilovlamağı ABŞ-ın maraqlarına uyğun hesab edir, bəziləri Ukraynadan daha çox təminat görmək istəyir, üçüncü tərəfdən isə təcridçilərin səsləri gəlir. Bu mövqe demokratiyanın və sülhün sarsılmasına gətirib çıxarıb”.

Azpost.info

Əvvəlki məqalə

XİN Xankəndindəki qondarma “seçki” ilə bağlı Bəyanat yaydı

Sonrakı məqalə

822 ölü, 672 yaralı…