Azərbaycan Mərkəzi Bankı bu il uçot dərəcəsini sabit saxlayacaq

11.01.2024 · 13:21 · İqtisadiyyat
Mərkəzi Bank

Niderlandın beynəlxalq bank və maliyyə xidmətləri korporasiyası ING (Internationale Nederlanden Groep) Azərbaycanda pul siyasəti ilə bağlı proqnozunu sabit saxlayıb.

ING Azərbaycan Mərkəzi Bankının (AMB) 2024-cü il üzrə uçot faiz dərəcəsi üzrə proqnozunu dəyişməyərək 8% müəyyən edib.

ING-nin proqnozuna görə, AMB yalnız, 2025-ci ilin birinci rübündə uçot dərəcəsini 7,75%-ə endirəcək, ilin sonunda isə bu, 7%-ə qədər azaldılacaq.

Qeyd edək ki, Mərkəzi Bank son iki qərarı ilə uçot dərəcəsini endirib. Sonuncu dəfə ötən il dekabrın 20-də Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 8,5%-dən 8.00%-ə, faiz dəhlizinin aşağı həddi 7.0%-dən 6,5%-ə, faiz dəhlizinin yuxarı həddi isə 9,5%-dən 9.0%-ə kimi azaldılıb. AMB bu il ilk dəfə yanvarın 31-də uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq(apa).

Azərbaycan yaxın gələcəkdə turizm sahəsi üzrə birinci yerdə olacaq

11.01.2024 · 13:16 · Turizm

Azərbaycan yaxın gələcəkdə turizm sahəsi üzrə birinci yerdə olacaq. Bunun üçün bir necə amil mövcuddur: sabitlik, qonaqpərvərlik və ölkəmizin heç bir bloka qoşulmaması.

Bu sözləri Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının təşkilatçılığı ilə “Turizm sənaye subyektlərinin ilin yekunları və COP29 ərəfəsində çağırışlar” mövzusunda Forum çərçivəsində keçirilən “Turizmin inkişafında biznes-dövlət əməkdaşlığı, son 20 il ərzində əldə edilən uğurlar” panelində Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədrinin müşaviri Müzəffər Ağa Kərimov deyib.

Xankəndi, Əsgəran, Ağdərə və Xocalıda seçki məntəqələri yaradılıb

11.01.2024 · 13:05 · Siyasət

Xankəndi, Əsgəran, Ağdərə və Xocalıda da ayrıca məntəqələr yaradılıb. Azad olunan ərazilərdəki 26 seçki məntəqəsində bütün şəraiti yaratmışıq.

Bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin Azərbaycan Respublikası Prezidenti seçkilərində fəaliyyətinin əsaslarına həsr olunan müşavirədə çıxışı zamanı deyib.

“Xankəndidə seçki məntəqəsini artıq yaratmışıq. Azad edilmiş ərazilərdə yaratdığımız məntəqələr digər yerlərdə yaradılan məntəqələrə nümunə olmalıdır. Yeni qurulduğu üçün müəyyən çatışmazlıqlar ola bilər”, – deyə o, əlavə edib(trend).

İsveçli həkimlər COVID-ə qarşı bu dərmandan istifadəyə görə peşman olublar

11.01.2024 · 12:56 · Sosial

İsveçdə qısa müddət ərzində COVID-19-a qarşı malyariya dərmanından istifadə edilib. Bu dərmanın istifadəsi isə dünyada minlərlə insanın ölümünə səbəb ola bilər.

Adətən malyariya xəstəliyinin müalicəsində istifadə olunan hidroksiklorokin və xlorokin preparatları pandemiya dövründə ağır xəstələrə verilib. Lakin sonrakı tədqiqatlar bu dərmanın istifadəsinin ciddi yan təsirlərini aşkar edib. Pandemiya zamanı Höteborqdakı Sahlgrenska Universiteti Xəstəxanasının yoluxucu xəstəliklər klinikasında baş həkim işləyən dövlət epidemioloqu Maqnus Giesslen yerli mediaya dərmandan istifadə etdiyinə görə peşman olduğunu bildirib.

“Biz bu dərmandan istifadə etməməliydik. Xoşbəxtlikdən, malyariyaya qarşı dərmanın istifadəsini dərhal dayandırdıq. Yoxlanılmamış dərmanlar yalnız klinik sınaqların bir hissəsi kimi təyin olunmalıdır”, – deyə o, Höteborgs-Posten qəzetinə müsahibəsində. Sahlgrenska İsveçdə həmin dərmandan istifadəni dayandıran ilk xəstəxana oldu. Maqnus Giesslen hesab edir ki, pandemiya zamanı digər dərmanları, hətta müsbət təsiri sübut edilmiş preparatları sınaqdan keçirmək düzgün deyildi.

Bu yaxınlarda “Biomedicine & Pharmacotherapy” jurnalında dərc edilən beynəlxalq təhlil göstərir ki, dünyada ən azı 17,000 insan koronavirusa qarşı xlorokin qəbul etdikdən sonra vəfat edə bilər. Giesslen İsveçdə xlorokinlə bağlı ölüm hallarının olub-olmadığını cavablandıra bilməyib. (Azərtac)