2026-cı ilə qədər Qarabağda 140 min insanın məskunlaşması nəzərdə tutulur

2026-cı ilə qədər ümumilikdə 34 min 500 ailənin, 140 min və ya daha çox keçmiş məcburi köçkünün məskunlaşması nəzərdə tutulur.

Bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.

“Bütün bərpa və quruculuq proseslərində həyata keçirilən işlər daha keyfiyyətli və ən müasir şəhərsalma standartlarına uyğun olaraq, eyni zamanda yaşıl zona konsepsiyasına uyğun olaraq, alternativ enerji mənbələrindən istifadə etməklə həyata keçirilməlidir. Müasir həllər mütləq nəzərə alınmalıdır”, – deyə Emin Hüseynov əlavə edib.

Əvvəlki məqalə

SOCAR AQŞ Azərbaycanda ilk quruda qazma layihəsinə başlayıb

Sonrakı məqalə

Türkiyə ordusu Fələstinə yardım etməyə hazırdır