2100-cü ilə qədər Xəzərdə suyun səviyyəsi 18 metr enəcək –

Alman və holland alimlərindən xəbərdarlıq
23 Dekabr 2020 - 17:15

Xəzər dənizində suyun səviyyəsi 2100-cü ilə qədər 9-18 metr enəcək.

“RİA Novosti”nin verdiyi xəbərə görə, bu, almaniyalı və hollandiyalı tədqiqatçıların “Nature Communications Earth & Environment” jurnalında yayımlanan araşdırmasında əksini tapıb.

Bildirilib ki, bu öz növbəsində bir sıra problemlərə, o cümlədən ekoloji fəsadlara səbəb olacaq, eyni zamanda, regionun iqtisadi və siyasi stabilliyinə təsir edəcək.