BMT TŞ Rusiyanın hərbi təyyarəsinin vurulması ilə bağlı iclas keçirdi

BMT Təhlükəsizlik Şurası göyərtəsində ukraynalı hərbi əsirlərin də olduğu Rusiyanın İl-76 hərbi təyyarəsinin  vurulması ilə bağlı iclas keçirib.

Azpost.info xəbər verir ki, iclasda məsələ ilə bağlı Rusiyanın təşkilatdakı daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski çıxış edib.

Polyanskinin sözlərinə görə, Rusiya qəzaya görə məsuliyyət daşıyanların layiq olduqları cəzanı alması üçün hər cür səy göstərəcək. O qeyd edib ki, insidentlə bağlı bütün məlumatlar düşünülmüş cinayətdən xəbər verir.

Polyanski əlavə edib ki, Ukrayna rəhbərliyi əvvəlcədən razılaşdırılmış mübadilə yerinə əsirlərin daşınmasının marşrutu və üsulunu mükəmməl bilirdi.

“Faciəyə görə Kiyevin Qərb sponsorları da məsuliyyət daşıyır. Ukrayna Silahlı Qüvvələrinin “Patriot” və ya İRİS-T hava hücumundan müdafiə sistemlərindən istifadə etdiyi ortaya çıxarsa, ABŞ və Almaniyanı cinayət ortağı adlandırmaq olar”, – Polyanski bildirib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.