“Bayden bəşəriyyəti üçüncü dünya müharibəsinə gətirib çıxarıb”.
Azpost.info NBC-yə istinadən bildirir ki, bu sözləri ABŞ-ın sabiq prezidenti Tramp Cənubi Karolinada Respublikaçılar partiyasının illik toplantısında çıxışı zamanı bildirib.
“Bayden bizi üçüncü dünya müharibəsi həddinə çıxarıb. Biz üçüncü dünya müharibəsinin ərəfəsindəyik”- deyə Tramp bildirib. Onun sözlərinə görə, 2024-cü ildə yenidən prezident seçilə bilsə güc vasitəsilə ilə dinc zamanları qaytaracaq.
Tramp deyib ki, əgər o 2020-ci ildə seçilsəydi Rusiya və Ukrayna arasında münaqişə baş verməzdi. Sabiq prezident vurğulayıb ki, hətta indi də o, sülh sazişinin əldə olunmasına nail ola bilər: “24 saata mən sülh sazişinə nail ola bilərəm”.
