25 minə yaxın şəxsin İrandan çıxışına qadağa qoyulub

23 İyun 2020 - 14:50

Ötən il və bu ilin ilk 3 ayında İrandan çıxışına qadağan olunmuş şəxslərin ümumi sayı 24 995 nəfər təşkil edib. 

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın əmlak və sənədlərin qeydiyyatı təşkilatının sədri Zəbihullah Xudaiyan deyib. 

Təşkilat sədri həmin şəxslərin hansı səbəbdən ölkədən çıxışına qadağa qoyulması ilə bağlı əlavə məlumat verməyib. 

O qeyd edib ki, bu müddət ərzində 18 431 nəfərin ölkədən çıxışına qoyulmuş qadağa ləğv olunub.