İsveçrə ökədə qalmaq və dövlətdən yardım almaq hüququ verən Ukraynadan olan qaçqınlar üçün xüsusi S statusunu 2026-cı il martın 4-dək uzadıb.
Azpost.info xəbər verir ki, İsveçrə hökumətinin məlumatına görə, təxminən 66 min nəfər bu statusa malikdir.
Sentyabrın 4-də keçirilən iclasda hökumət bəyan edib ki, Ukraynada vəziyyətin qalıcı sabitləşməsi müşahidə edilmir.
Ona görə də Ukraynadan gələn və müdafiəyə ehtiyacı olan şəxslərin S statusu 2026-cı il martın 4-dək ləğv edilməyəcək.
Azpost.info