“28 May” metrosu yaxınlığında bina yanır –FOTO

 Bakıda yaşayış binasında yanğın baş verib.

Hadisə Süleyman Rəhimov küçəsində yerləşən binalardan birində qeydə alınıb. Hadisə şahidlərinin sözlərinə görə, binanın dam hissəsini tüstü bürüyüb. , Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə, Bakı şəhərinin Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi 195 ünvanında dördmərtəbəli yaşayış binasının dam örtüyündə yanğın olması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Milyonçu olmaq üçün yüksək təhsil  vacibdirmi? –

Sonrakı məqalə

MSK jurnalist Ceyhun Musaoğlu barədə qərarı ləğv etdi –