Baş nazir Əli Əsədov Moskvaya işgüzar səfərə gəlib

eli mosk

Dekabrın 11-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustinin dəvəti ilə MDB-nin Hökumət Başçıları Şurasının iclasında iştirak etmək üçün işgüzar səfərlə Moskva şəhərinə gəlib.

Bu barədə Nazirlər Kabinetindən xəbər verilib.