Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Aktual

“30 gündür nə pul var, nə iz, nə də izahat”

Orkhan Ali 24 Oktyabr 2025 - 14:25 (Last updated: 24 Oktyabr 2025 - 08:19)
Beynəlxalq bank

Beynəlxalq bank

Xaricdə yaşayan azərbaycanlı Mamed Mustafayev “ABB” bankdan etdiyi köçürmə ilə bağlı ciddi narazılıq bildirib. AzPost xəbər verir ki, Mustafayev sosial şəbəkədə paylaşım edərək bankın beynəlxalq əməliyyat üzrə məsuliyyətsiz davrandığını və müştəri müraciətlərinə cavab vermədiyini qeyd edib.

Onun sözlərinə görə, bacısı 28 avqust 2025-ci il tarixində “ABB Mobile” tətbiqi vasitəsilə onun xarici hesabına 600 ABŞ dolları göndərib. Əməliyyat sistemdə “uğurla tamamlandı” kimi görünsə də, bu günə qədər vəsait nə qarşı tərəfə çatıb, nə də geri qayıdıb.

“Artıq 30 gündən çoxdur ABB-yə dəfələrlə müraciət edirəm, amma nə beynəlxalq izlənmə kodu (tracking code), nə də disput məktubu təqdim edirlər. Üstəlik, bank əməkdaşları bildirirlər ki, bu əməliyyat üzrə izlənmə kodu ümumiyyətlə mövcud deyil! Bəs o zaman ABB bu köçürmənin ‘uğurlu icra olunduğuna’ necə əmin olur?” – deyə Mustafayev bildirib.

O qeyd edib ki, bankdan yazılı cavab istədikdə “biz yalnız şifahi məlumat veririk” cavabı alıb:

“Bu, vətəndaş müraciətlərinə cavab verilməməsi, istehlakçı hüquqlarının pozulması və sadəcə müştəriyə hörmətsizlikdir. Əvvəllər belə hallarda pul ya qarşı tərəfə çatırdı, ya da geri dönürdü. Bu dəfə isə — sanki havaya sovrulub.”

Müştəri “ABB”dən ya əməliyyatın beynəlxalq izlənmə kodunun təqdim edilməsini, ya da vəsaitin geri qaytarılmasını tələb edir: “İllərlə etibar etdiyim bank indi sadəcə susur.”

Məsələ ilə bağlı ABB rəsmi səhifəsində Mustafayevin paylaşımına cavab verərək bildirib ki, yaranmış vəziyyətə görə təəssüf edirlər və araşdırma aparmaq üçün müştərinin məlumatlarını şəxsi qaydada təqdim etməsini xahiş ediblər.

AzPost.az

Post navigation

Previous: Müştəri eyni sifarişlə bağlı 5 fərqli cavab aldığını bildirir
Next: “Vətən Torpağını Qanları ilə Suvaranlar” layihəsinin ilk tədbiri keçirildi

Oxşar xəbərlər

ramiz
  • Aktual

Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarıldı

User 16 Oktyabr 2026 - 17:12
vuqar zif
  • Aktual

Mətbuat Şurasının yeni sədri seçilib

User 16 Oktyabr 2026 - 12:18
milli meclis
  • Aktual

Milli Məclis təxribatlarla bağlı bəyanat yaydı –

User 16 Oktyabr 2026 - 09:18

xƏBƏR

ilham ali forum
  • Baş Yazı

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur

User 15 Noyabr 2026 - 22:22
Hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur. Bu barədə Prezidentin Mətbuat...
Read more about Prezident İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Prezident televiziya və radio işçilərini təbrik edib ilham aliyev
  • Siyasət

Prezident televiziya və radio işçilərini təbrik edib

User 15 Noyabr 2026 - 20:03
İşıq və qaz pulunu azaltmağın 7 yolu – Ailələr üçün praktik məsləhətlər isiq lampa
  • Sosial

İşıq və qaz pulunu azaltmağın 7 yolu – Ailələr üçün praktik məsləhətlər

User 15 Noyabr 2026 - 19:52
Azərbaycanın Milli Qəhrəmanı vəfat etdi ehtiram
  • Sosial

Azərbaycanın Milli Qəhrəmanı vəfat etdi

User 15 Noyabr 2026 - 17:20
Bab əl-Məndəb boğazı husilərin nəzarətinə keçdi – Yəməndə vəziyyət gərginləşir husiler
  • Dünya

Bab əl-Məndəb boğazı husilərin nəzarətinə keçdi – Yəməndə vəziyyət gərginləşir

User 15 Noyabr 2026 - 17:16
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.