Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

30 ildən sonra nəşi tapılan şəhid Camal Quliyev Laçında dəfn edilib

Orkhan Ali 02 Avqust 2024 - 15:27 (Last updated: 21 May 2025 - 20:15)
66acc519e18ed66acc519e18ee172259868166acc519e18ea66acc519e18ec

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Quliyev Camal Möhübbət oğlunun nəşinin qalıqları Laçın rayonunun Şəhidlər xiyabanında dəfn olunub.

Şəhid Camal Quliyevin nəşi dəfndən öncə doğmalarının yaşadığı, Şəki rayon Cuma kəndinə aparılıb.

Bundan sonra cənazə vida mərasimi keçirilmək və dəfn edilmək üçün Laçın rayonuna gətirilib. Mərasimdə şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı, rayon rəsmiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, qazilər, şəhid ailələri, döyüş yoldaşları iştirak ediblər. Cənazə namazı qılınaraq şəhidlərimizin ruhuna dualar oxunub.

Şəhidin nəşi yaylım atəşinin sədaları altında, böyük ehtiramla torpağa tapşırılıb. Tabuta bükülmüş Azərbaycanın üçrəngli bayrağı şəhidin qardaşına təqdim edilib.

Qeyd edək ki, Quluyev Camal Möhübbət oğlu 1iyun 1969-cu ildə Laçında doğulub. O, 1992-ci ildə könüllü olaraq ordu sıralarına qatılıb. Qubadlı, Laçın, Cəbrayıl və Zəngilan rayonlarında döyüşüb. 1993-cü ildə Cəbrayıl rayonunun müdafiəsi uğrunda gedən döyüşlərdə itkin düşüb. Qalıqları Xudafərin kənd qəbiristanlığında aşkar edilib(apa).

Post navigation

Previous: 900-ə yaxın abituriyent jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı verəcək
Next: “Nar” yüksək keyfiyyətli “Cartoon Network” oyunlarına giriş imkanı təqdim edir

Oxşar xəbərlər

həbsxana
  • Sosial

Azərbaycanda həbsxanada 21 uşaq dünyaya gəlib

User 29 Oktyabr 2026 - 10:29
sebine ombudsman
  • Sosial

Sabah Milli Məclis Yeni Ombudsmanı seçəcək

User 29 Oktyabr 2026 - 10:21
dava
  • Sosial

Bakıda məktəbdə çəkiliş edən jurnalistlər zorakılığa məruz qalıb – VİDEO

User 28 Oktyabr 2026 - 22:05

xƏBƏR

ceyhun fidan
  • Siyasət

Ceyhun Bayramov TDT XİN Şurasının iclasında iştirak edib

User 29 Oktyabr 2026 - 12:29
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak...
Read more about Ceyhun Bayramov TDT XİN Şurasının iclasında iştirak edib
Tramp İranla danışıqların bərpası barədə Vensə göstəriş verdiyini təkzib etdi Avropanın çığır-bağırı Trampın vecinə də deyil
  • Dünya

Tramp İranla danışıqların bərpası barədə Vensə göstəriş verdiyini təkzib etdi

User 29 Oktyabr 2026 - 11:18
Ceyhun Bayramov Türkiyəyə getdi ceyhun ukr
  • Siyasət

Ceyhun Bayramov Türkiyəyə getdi

User 29 Oktyabr 2026 - 11:09
Azərbaycanda həbsxanada 21 uşaq dünyaya gəlib həbsxana
  • Sosial

Azərbaycanda həbsxanada 21 uşaq dünyaya gəlib

User 29 Oktyabr 2026 - 10:29
Azərbaycanda 119 nəfər saxlanıldı – 94-ü borclu şəxslərdir polis
  • Kriminal

Azərbaycanda 119 nəfər saxlanıldı – 94-ü borclu şəxslərdir

User 29 Oktyabr 2026 - 10:26
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.